0
Tədbirlər çərçivəsində rayonun müxtəlif qurumlarında, o cümlədən Xocalı rayon İcra Hakimiyyəti , Xocalı Rayon Mərkəzi Xəstəxanası və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər iştirakçılar tərəfindən dərin hüzn və ehtiramla qeyd olunub.
Xocalı Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan tədbirdə müəssisənin rəhbərliyi və kollektivi iştirak edib. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edən xəstəxananın direktoru Aqil Məmmədov 31 Mart soyqırımının Azərbaycan xalqının tarixində buraxdığı dərin və sağalmaz izlərdən bəhs edib. O vurğulayıb ki, bu faciə təkcə keçmişin ağrılı səhifəsi deyil, həm də milli yaddaşımızın ayrılmaz hissəsidir və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur. Direktor qeyd edib ki, bu kimi anım tədbirləri xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi və tarixi həqiqətlərin unudulmaması baxımından mühüm rol oynayır.
Tədbir çərçivəsində çıxış edən digər əməkdaşlar da xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinin heç zaman unudulmamasının vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, tariximizin bu qanlı səhifələri daim xatırlanmalı, beynəlxalq ictimaiyyətə çatdırılmalı və gələcək nəsillər bu həqiqətlər əsasında maarifləndirilməlidir.
Eyni zamanda, Xocalı rayon İcra Hakimiyyəti və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masa da anım tədbirlərinin mühüm tərkib hissəsi olub. T Dəyirmi masa zamanı 31 Mart soyqırımının tarixi kökləri, bu faciənin Azərbaycan xalqına qarşı aparılan sistemli siyasətin tərkib hissəsi olduğu geniş müzakirə olunub.
Çıxış edənlər qeyd ediblər ki, belə tədbirlər milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin vurğulanıb ki, xalqımızın başına gətirilən faciələrin unudulmaması və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi hər bir azərbaycanlının mənəvi borcudur.
Silsilə tədbirlər anım ruhunda davam etdirilərək iştirakçılar tərəfindən milli həmrəyliyin, vətənə bağlılığın və tarixi yaddaşın qorunmasının vacibliyi bir daha diqqətə çatdırılıb. Bu cür tədbirlər bir daha göstərir ki, Azərbaycan xalqı öz tarixini unutmur, şəhidlərinin xatirəsini daim uca tutur və milli dəyərlərinə sadiq qalaraq gələcəyə doğru inamla irəliləyir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Rayon tədbirləri |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 12 saat öncə |
| İzlənib | 5 dəfə |