Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid ailələri ilə görüş keçirilib

0

  • 06.03.2026-cı il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət Evində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid anaları və xanımları, övladları, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.

    Lamiyə Qarayeva çıxış edərək ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edib. Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın simasında dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Lamiyə Qarayeva qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.

    Həmçinin tədbirdə şəhid ailələri çıxış edərək qadınların cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə institutunun formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    Daha sonra şəhid ailəsinin üzvlərinə rayon icra hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olunub.

    Sonda xatirə şəkilləri çəkdirilib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi4 saat öncə
    İzlənib78 dəfə
    8 mart beynəlxalq qadınlar günü ərəfəsində şəhid ailələri ilə görüş keçirilib

    Maraqlı gələ bilər
    605