Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ahıllara qayğı – cəmiyyətimizin mənəvi dəyəridir

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Xocalı rayonunda ahıl şəxslərin cəmiyyətə inteqrasiyası və sosial fəallığının artırılması mövzusunda maarifləndirici tədbir keçirilib



    18 oktyabr 2026-cı il tarixində Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən “Ahıllara qayğı – cəmiyyətimizin mənəvi dəyəridir” mövzusunda maarifləndirici tədbir keçirilib.



    Tədbir Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.7-ci bəndinin icrası çərçivəsində təşkil olunub.



    Tədbirin əsas məqsədi ahıl şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, onların sosial fəallığının artırılması, ictimai-mədəni həyatda iştirakının təşviq edilməsi, sosial təcrid olunmasının qarşısının alınması və yaşlı nəslin zəngin həyat təcrübəsindən səmərəli istifadə olunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi olub.



    Tədbirdə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri olan ahıl şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların hüquq və mənafelərinin qorunması, sosial xidmətlərə əlçatanlığının artırılması və cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.



    Çıxışlar zamanı vurğulanıb ki, ahıl insanlar cəmiyyətimizin zəngin həyat təcrübəsinə, bilik və bacarıqlara malik dəyərli üzvləridir. Onların illər ərzində qazandıqları təcrübənin gənc nəslə ötürülməsi, milli-mənəvi dəyərlərimizin qorunması və nəsillərarası münasibətlərin möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.



    Maarifləndirici tədbirdə yaşlı insanların ictimai fəallığının artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, mədəni-kütləvi tədbirlərə cəlb olunması, sağlam həyat tərzinin təşviqi və psixoloji rifahının qorunması istiqamətində görülən işlərin əhəmiyyətindən danışılıb.



    Bildirilib ki, ahıl şəxslərin sosial təcrid olunmasının qarşısının alınması üçün ailə üzvləri, dövlət qurumları və ictimaiyyət nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi vacibdir. Yaşlı nəslin nümayəndələrinin gündəlik həyatında fəal iştirak imkanlarının genişləndirilməsi onların özlərini cəmiyyətin faydalı və dəyərli üzvləri kimi hiss etmələrinə müsbət təsir göstərir.



    Tədbir zamanı doğma yurdlarına qayıdan Xocalı sakinlərinin, xüsusilə ahıl nəslin nümayəndələrinin yeni sosial mühitə uyğunlaşması, onların ictimai həyata fəal qoşulması və mənəvi-psixoloji dəstəklə əhatə olunması məsələlərinə də toxunulub. Qeyd edilib ki, Xocalının tarixi yaddaşının, milli adət-ənənələrinin və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasında ahıl insanların müstəsna rolu vardır.



    Eyni zamanda, ahıl şəxslərin sosial xidmətlər barədə məlumatlandırılması, onların mövcud dövlət dəstəyi mexanizmlərindən istifadəsinin təşviq olunması, hüquqlarının qorunması və gündəlik həyatda qarşılaşdıqları sosial çətinliklərin aradan qaldırılması yolları barədə maarifləndirici məlumatlar verilib.



    Müzakirələrdə ahıl şəxslərin ictimai tədbirlərə daha fəal cəlb olunması, gənclərlə birgə görüşlərin təşkili, onların bilik və bacarıqlarından faydalanılması, nəsillərarası həmrəyliyin gücləndirilməsi və sosial fəallığın artırılması istiqamətində təkliflər səsləndirilib.



    Tədbirin sonunda ahıl şəxslərə diqqət və qayğının artırılmasının, onların sosial müdafiəsinin və ictimai həyata inteqrasiyasının təmin edilməsinin dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri olduğu bir daha vurğulanıb.



    Keçirilən maarifləndirici tədbir ahıl şəxslərin hüquqları və sosial imkanları barədə məlumatlılığın artırılmasına, yaşlı nəslə hörmət və qayğı prinsiplərinin təşviqinə, eləcə də onların cəmiyyət həyatında fəal iştirakının əhəmiyyətinin ictimaiyyətə çatdırılmasına xidmət edib.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi19 saat öncə
    İzlənib7 dəfə
    Ahıllara qayğı – cəmiyyətimizin mənəvi dəyəridir
    Maraqlı gələ bilər
    175
    260