Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Aşağı Ağcakənd qəsəbəsində Anım Günü ilə əlaqədar iməclik keçirilib

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 27 Sentyabr – Anım Günü ilə əlaqədar təsdiq olunmuş silsilə Tədbirlər Planına uyğun olaraq, Xocalı rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində iməclik keçirilib.



    26 sentyabr 2026-cı il tarixində keçirilən iməclik zamanı qəsəbə ərazisində genişmiqyaslı təmizlik və abadlıq işləri görülüb. Küçələr yuyulub, yol və küçə kənarları məişət və digər tullantılardan təmizlənib.



    Gün ərzində müəssisənin əməkdaşları tərəfindən yol və küçələrin kənarlarında, eləcə də “Xocalı Faciəsi” abidəsi ərazisində ağac və yaşıllıqların üzərinə yığılan toz-torpaq yuyularaq təmizlənib. Həmçinin yaşıllıqlara aqrotexniki qulluq göstərilib, zədələnmiş ağac budaqları budanıb.



    Keçirilən iməclik çərçivəsində qəsəbənin sanitar vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ərazinin daha səliqəli vəziyyətə gətirilməsi istiqamətində zəruri işlər həyata keçirilib.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi6 saat öncə
    İzlənib8 dəfə
    aşağı ağcakənd qəsəbəsində anım günü ilə əlaqədar iməclik keçirilib
    Maraqlı gələ bilər
    190
    148