Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan lideri İlham Əliyevin Qazaxıstanın nüfuzlu “Kazinform” agentliyinə müsahibəsi .

5/5

  • Azərbaycan lideri İlham Əliyevin Qazaxıstanın nüfuzlu “Kazinform” agentliyinə müsahibəsi bir tərəfdən iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirir, digər tərəfdən isə müasir dövrdə Türk dünyasının birliyinə, regional əməkdaşlığa və sülhə yönəlmiş aydın siyasi baxışın ifadəsidir.

    “Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən bu dəhliz Avropa ilə Asiya arasında yeni nəqliyyat arteriyasına çevrilməkdədir. Burada vahid tarif siyasəti, logistika mərkəzlərinin inkişafı və yük axınının optimallaşdırılması kimi mexanizmlər hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.

    Enerji əməkdaşlığı sahəsində də ciddi nəticələr əldə olunub. SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı saziş Xəzər regionunda enerji təhlükəsizliyi sistemini gücləndirir. Aktau və Ələt limanlarının modernləşdirilməsi və logistika imkanlarının genişləndirilməsi bu marşrutun səmərəliliyini artırır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa-Asiya tranzit marşrutu kimi strateji mövqeyini möhkəmləndirəcək.

    İnfrastruktur sahəsində nəzərdə tutulan ən mühüm layihələrdən biri isə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. 2025-ci ilin martında Bakıda imzalanmış müqaviləyə əsasən, bu layihə 2026-cı ilin sonuna qədər tamamlanacaq və regionda rəqəmsal inteqrasiyanın yeni mərhələsi başlayacaq. Bu, həm iqtisadi rəqabət qabiliyyətini artıracaq, həm də informasiya təhlükəsizliyi və texnoloji müstəqillik baxımından strateji üstünlük yaradacaq.

    İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq da getdikcə genişlənir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə imzaladığı sazişlər bərpaolunan enerji mənbələrinin inkişafına, enerji sistemlərinin birləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına yönəlib. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanın davamlı inkişaf konsepsiyasının formalaşmasında mühüm addım sayılır”.
    Xocalı rayon gənci Mahnur Məmmədova.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan lideri İlham Əliyevin Qazaxıstanın nüfuzlu “Kazinform” agentliyinə müsahibəsi .

    Maraqlı gələ bilər
    92
    154