Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.

0

  •  



    Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə tarixi qardaşlıq bağlarından daha geniş və çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat da iki ölkə arasındakı münasibətlərin hansı miqyasda inkişaf etdiyini bir daha nümayiş etdirib. Dövlət başçısının Daşkənd və bütün Özbəkistanın sürətli inkişafından bəhs etməsi, bu tərəqqini Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirməsi Azərbaycan tərəfinin qardaş ölkənin uğurlarına verdiyi yüksək dəyəri göstərir.



    Prezident İlham Əliyev vurğulayıb ki, Daşkəndə hər səfəri zamanı şəhərin və ölkənin sürətli inkişafının yeni nümunələri ilə qarşılaşır. Bu inkişaf yalnız iri infrastruktur layihələrində deyil, iqtisadiyyatın müxtəlif sahələrində, sosial həyatın ayrı-ayrı istiqamətlərində də özünü göstərir. Özbəkistanın sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat sahələrində həyata keçirdiyi islahatlar ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılmasına imkan yaradıb.



    Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlığın mühüm xüsusiyyətlərindən biri isə onun konkret layihələrlə müşayiət olunmasıdır. Artıq iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal, bankçılıq və digər sahələrdə qarşılıqlı əməkdaşlıq genişlənir. Bir vaxtlar arzu kimi görünən bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi bu gün real iqtisadi perspektiv kimi qiymətləndirilir.



    Bu münasibətlərin yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmaması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın yaxınlaşması bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və geosiyasi əlaqələrin güclənməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulması bu coğrafiyanın qarşılıqlı inteqrasiyasını daha da sürətləndirib. Nəticədə Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında nəqliyyat, enerji, ticarət və investisiya əlaqələri üçün yeni imkanlar yaranıb.



    Azərbaycan–Özbəkistan münasibətlərinin digər mühüm istiqaməti Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkənin iştirakıdır. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisini həyata keçirməsi, Xankəndidə tikiş fabrikinə investisiya yatırması və digər layihələrdə iştirak etməsi iki ölkə arasındakı həmrəyliyin praktik nümunəsidir. Bu layihələr yalnız iqtisadi və sosial əhəmiyyət daşımır, eyni zamanda Azərbaycan xalqına göstərilən qardaş dəstəyin ifadəsidir.



    Bu gün Azərbaycan və Özbəkistan qarşılıqlı investisiyaların artırılması üçün də ciddi imkanlara malikdir. İnvestisiya fondlarının fəaliyyəti, Azərbaycanın turizm infrastrukturu və avtomobil sənayesinə Özbəkistan tərəfindən yatırımların nəzərdə tutulması, müxtəlif regionlarda birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın gələcəkdə daha böyük iqtisadi nəticələr doğuracağını göstərir.



    Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız siyasi iradəyə deyil, möhkəm mənəvi, tarixi və iqtisadi təmələ əsaslanır. İki ölkənin rəhbərlərinin qarşılıqlı etimadı və birgə fəaliyyətə verdiyi önəm əlaqələrin daha da dərinləşməsinə mühüm zəmin yaradır.



    Bu münasibətlərin gələcəyi də kifayət qədər perspektivlidir. Qarşıya qoyulan konkret hədəflər, yeni layihələr, qarşılıqlı investisiyalar və regionlararası əməkdaşlıq iki qardaş ölkənin iqtisadi gücünü daha da artıracaq. Azərbaycan və Özbəkistanın paralel inkişafı isə yalnız iki dövlətin deyil, bütövlükdə daha geniş regionun iqtisadi və geosiyasi imkanlarının genişlənməsinə xidmət edəcək.



    Xocalı rayon gənci Ziya Əliyev.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi22 saat öncə
    İzlənib7 dəfə
    Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.
    Maraqlı gələ bilər
    189
    465
    266
    226
    580
    173