Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

0

  • Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
    xocalininsesi.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşıb.
    Z.Kotsoyev "Paris-2024" Yay Olimpiya Oyunlarının həlledici görüşündə qalib gəldiyi rəqibinə bu dəfə məğlub olaraq, ikinci yerlə kifayətlənib.
    Azərbaycanın digər cüdoçusu Uşanqi Kokauri (+100 kiloqram) bürünc medal uğrunda almaniyalı Erik Abramovla qarşılaşacaq.
    Qadın cüdoçu Nigar Süleymanova isə (+78 kiloqram) ilk görüşdə gürcüstanlı Sofia Somkxişviliyə uduzub.
    Daha əvvəl Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) bürünc medal qazanıblar.
    Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/sport/1276587.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    Bölməİdman
    KateqoriyaÖlkə idmanı
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 gün öncə
    İzlənib3 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    194
    579
    63
    85