Prezident İlham Əliyevin 2025-ci ilin 18 oktyabr tarixində “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan-Qazaxıstan münasibətlərinin iqtisadi, nəqliyyat, enerji, mədəni və ekoloji istiqamətlərdə kompleks inkişaf trayektoriyasını aydın şəkildə nümayiş etdirir. Bu münasibətlər artıq təkcə intensiv diplomatik əlaqələr anlamında deyil, dərin iqtisadi inteqrasiya və regional dayanıqlı inkişaf modeli kimi xarakterizə olunur.
“Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya strukturunun fəaliyyət göstərməsi qarşılıqlı etimad mühitinin və əlverişli investisiya şəraitinin göstəricisidir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 470 milyon dollara, 2025-ci ilin ilk səkkiz ayında isə 547 milyon dollara çatması iqtisadi əlaqələrin sürətli artımını təsdiq edir. Bu artımda əsas amil Orta Dəhlizin səmərəli istifadəsi, nəqliyyat-logistika sisteminin modernləşdirilməsi və infrastrukturun qarşılıqlı inteqrasiyasıdır”.
Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən “2022–2027-ci illər üçün Yol Xəritəsi” bu inteqrasiyanın əsas strateji sənədlərindən biridir.
Xocalı rayon ziyalısı Bəxtiyar Allahverdiyev.