Azərbaycan Respublikasının Dövlət Bayrağı, Konstitusiyamızın və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təsvir edilmişdir. Dövlət bayrağı düzbucaqlı formasında, üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsviri yerləşir. Aypara və ulduz Azərbaycanın islam mədəniyyətini, azadlıq simvolunu və türk dünyasının birliyini təmsil edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə rəsmi olaraq bərpa edilmişdir. Bu bayraq, Azərbaycanın müstəqilliyinin və suverenliyinin təməl daşını təşkil edən ən vacib dövlət atributlarından biridir. Hər bir vətəndaş, dövlət rəmzlərinə hörmət etməli və onu qorumağa borcludur. Dövlət Bayrağının istifadəsi ilə bağlı müəyyən qanuni tələblər və qaydalar mövcuddur, və bu qaydalara riayət etmək vətəndaşların və dövlətin hüquqi məsuliyyətini təşkil edir.
Fəxrəddin Əliyev ,
Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi