Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın dostluğu və əməkdaşlığı MDB məkanında birliyi möhkəmləndirir

0



  • Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı ilə bir daha Azərbaycanın regionda dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirdi. Dövlət başçısı ilk növbədə Tacikistanın inkişafı münasibətilə qardaş Tacikistan xalqını və Prezidentini təbrik edərək, Düşənbənin son illərdə necə gözəlləşdiyini, yeni binaların, müasir infrastrukturun şəhərin simasını dəyişdirdiyini qeyd edib. Prezident vurğulayıb ki, Tacikistanın bu uğurları dost və qardaş ölkə kimi Azərbaycan xalqını da sevindirir.

    Prezident İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan və Tacikistan arasında münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub, iki ölkə arasındakı əməkdaşlıq davamlı şəkildə inkişaf edir və bu əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Dövlət başçısı MDB məkanında humanitar əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edərək, Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsinə dəstək verən dövlət başçılarına təşəkkürünü bildirib.

    Prezident xatırladıb ki, iyun ayında Laçında keçirilən açılış mərasimi zamanı qonaqlar şəhərin qısa zamanda necə dirçəldiyinin şahidi olublar. Tamamilə dağıdılmış Laçın bu gün müasir, abad və yaşamaq üçün gözəl bir şəhərə çevrilib. Bu, Azərbaycanın güclü iradəsinin, xalqımızın yenidənqurma əzminin bariz nümunəsidir.

    Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə və digər şəhərlərdə təşkil etdiyi III MDB Oyunlarının böyük uğurla keçirildiyini bildirib. Bu yarışlarda 13 ölkədən 1600-dən çox idmançının iştirakı MDB ölkələri arasında dostluq, həmrəylik və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edib. Dövlət başçısı vurğulayıb ki, belə tədbirlər xalqları yaxınlaşdırır, birliyi gücləndirir və qarşılıqlı hörmətə əsaslanan münasibətləri möhkəmləndirir.

    Prezident İlham Əliyev çıxışını belə sözlərlə yekunlaşdırıb: Azərbaycan MDB məkanında əməkdaşlığın, dostluğun və həmrəyliyin daha da inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcək, xalqlar arasında sülh, etimad və qarşılıqlı hörməti hər zaman dəstəkləyəcək.

    Xocalı rayon gənci Vüsal Mustafayev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycanın dostluğu əməkdaşlığı MDB məkanında birliyi möhkəmləndirir

    Maraqlı gələ bilər
    94
    276