Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlardan danışaraq qeyd etdi ki, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirir. Bu stansiya 1 280 MVt gücə malik olmaqla Azərbaycanın elektrik enerjisi sistemində strateji ehtiyat rolunu oynayacaq. Beləliklə, istənilən qəza və ya fors-major hallarında bu əlavə güc ölkənin enerji balansının sabitliyini təmin etməyə imkan verəcək.
Bununla yanaşı, Prezident qeyd etdi ki, bu stansiyanın fəaliyyəti sayəsində ölkə artıq minimum 1000 MVt-lıq ehtiyat gücə malikdir. Bu isə regionda enerji sahəsində liderlik iddiasında olan Azərbaycan üçün mühüm üstünlükdür. Eyni zamanda bu ehtiyat güc ixrac potensialını da artıraraq Azərbaycanın enerji təchizatçısı kimi etibarlılığını möhkəmləndirir.
Xocalı rayon gənci Ziya Əliyev