Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanla İran arasında tarixi dostluq münasibətləri ölkələrimizin və bölgənin ümumi inkişafına töhfədir

5/5

  • XXI əsrdə tez - tez bir - birini əvəzləyən hadisələrin şahidi oluruq. Sanki baş verən hadisələr də informasiya texnologiyalarında olduğu kimi çevik şəkildə dəyişir. Bu baxımdan dövləti idarə edən şəxsələr də çevik və sərrast qərarlar qəbul etmək məcburiyyətindədirlər. Əks təqdirdə istər daxili, istərsə də xarici siyasətdə geriləmələr müşahidə olunar ki bu da gələcəkdə dövlətin zəifləməsinə və beynəlxalq müstəvidə nüfuzdan düşməsinə gətirib çıxarar. Çevik siyasət həyata keçirməkdə Azərbaycan bəxti gətirən ölkələrdəndir. Ona görə ki, onun İlham Əliyev kimi müdrik, yüksək siyasi biliyə malik olan, vaxtında və cəsur qərarlar qəbul edə bilən Prezidenti var. Azərbaycan Prezidentinin mövcud situasiyalara uyğun qərarlar qəbul etməsi, balanslaşdırılmış siyasət aparması dünyanın hər yerində rəğbətlə qarşılanır, təqdir edilir. Buna misal olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi dövründə, eləcə də Rusiya - Ukrayna müharibəsinin gedişində dünya ölkələri ilə münasibətlərini göstərmək olar. Ölkə Başçısı xarici siyasətdə birinci növbədə qonşu ölkələrlə münasibətləri prioritet məsələ kimi həmişə ön planda tutur. Azərbaycan Prezidenti qonşu dövlətlərlə münasibətləri bir qayda olaraq dostluq səviyyəsində saxlamağa səy göstərir. Prezident İlham Əliyev 2024 - cü il may ayının 19 - da İranla sərhəddə İran İslam respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşmüşdür. Görüş yüksək dostluq və mehriban qonşuluq şəraitində keçmişdir. Prezidentlər Araz çayı üzərində İran mühəndisləri tərəfindən inşa edilmiş bəndin açılışında iştirak etmişlər. Azərbaycan Prezidenti görüş zamanı İran İslam Respublikası ilə ölkəmiz arasında olan dostluq münasibətlərinin qədim tarixə malik olduğunu vurğulamışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, nəzərə alsaq ki, bundan əvvəl Araz çayı üzərində inşa edilmiş bəndin yaşı 45 ildir, o zaman indi inşa edilən bənd iki ölkə arasındakı münasibətlərin yeni fazaya qədəm qoyduğunu bildirir. Bir daha qeyd edirəm, İran bizim tarixi bağlara söykənən dostumuz və mehriban qonşumuzdur. Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikasının Prezidenti ilə görüş zamanı onu da qeyd etmişdir ki, ola bilsin ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bəzi dairələri narahat etsin. Ancaq bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz bütün qonşularımızla mehriban münasibətlər qurmağı qarşımıza məqsəd qoymuşuq. Hal - hazırda İran tərəfindən də bunun qarşılığını görürük.
    İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi də Azərbaycan Prezidentinin bütün fikirləri ilə şərik olduğunu vurğuladı. İran Prezidenti Qarabağ torpaqlarının Azərbaycanın əzəli və əbədi əraziləri olduğunu dəfələrlə qeyd etdiklərini də bildirdi. Qonşu ölkələrlə dostluq münasibətləri Azərbaycanın nüfuzunu daim artıracaq və onu regionun lider dövlətinə çevirəcəkdir.
    Eldəniz Məhərrəmov,
    Xocalı şəhər 3 saylı tam orta məktəbin direktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib157 dəfə
    iran iran prezidenti

    Maraqlı gələ bilər
    175
    138