Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətəndaş baxışından.

0

  • Azərbaycanın hər bir vətəndaşı üçün 12 Noyabr xüsusi anlam daşıyır. Bu tarix – bizim hüquqlarımızın, azadlıqlarımızın və vətəndaş kimi dəyərlərimizin dövlət səviyyəsində tanındığı gündür. Konstitusiya sadəcə bir hüquqi sənəd deyil, hər bir insanın gündəlik həyatına təsir edən, onun cəmiyyət içində layiqli yer tutmasına şərait yaradan bünövrədir.
    1995-ci ildə qəbul edilən Konstitusiya xalqın iradəsinin təcəssümüdür. O, dövlətin və xalqın birliyindən doğmuş sənəddir. Bu sənədin sayəsində hər bir azərbaycanlı bərabər hüquqlara, sərbəst seçim imkanlarına və hüquqi müdafiəyə malikdir.
    Bu gün ölkəmizdə aparılan sosial, iqtisadi və hüquqi islahatlar Konstitusiyanın prinsiplərinə söykənir. İnsan hüquqlarına hörmət, gender bərabərliyi, söz və vicdan azadlığı kimi dəyərlər ölkə həyatının əsas hissəsinə çevrilmişdir.
    Konstitusiya bizə həm də məsuliyyət verir – qanunlara əməl etmək, dövlətin inkişafına töhfə vermək, cəmiyyətin rifahı naminə çalışmaq. Hər bir vətəndaş bu günün mahiyyətini dərk etdikdə, Konstitusiyanın ruhu daha da güclənir.
    12 Noyabrı qeyd etməklə biz yalnız bir hüquqi sənədin qəbulunu deyil, həm də müstəqilliyimizin və milli birliyimizin təntənəsini bayram edirik.
    Xocalı rayon gənci Kənan Quliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 həft. öncə
    İzlənib22 dəfə
    Vətəndaş baxışından.

    Maraqlı gələ bilər
    158
    0