Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bakıda imza atılan yeni sənədlər, əməkdaşlığın yeni dövrü

0

  • Azərbaycan ilə Bolqarıstan arasında hər zaman sıx əlaqələr və dostluq münasibətləri mövcud olub. Bolqarıstan Azərbaycanın müstəqilliyini (14 yanvar 1992-ci il) ilk tanıyan ölkələrdən biridir. Diplomatik əlaqələr və dostluq münasibətlərinin əsası isə 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti əsasında bu ölkəyə səfəri ilə qoyulub. 04 mart 2015-ci il tarixli “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə isə münasibətlər strateji tərəfdaşlıq müstəvisinə keçib. Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırıb. Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.
    Mayın 8-də Azərbaycanın siyasi gündəminin əsas hadisəsi Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevinin Azərbaycana rəsmi səfəri idi. Hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyan bu səfər çərçivəsində əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək, daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə liderlərin ikitərəfli əməkdaşlığın hazırki səviyyəsi və inkişaf perspektivləri barədə fikirlərini açıqladılar. Dövlət başçısı Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi, enerji, nəqliyyat sektorları sahəsində əməkdaşlıq çox yaxşı səviyyədədir. Hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Bu il də artım müşahidə edəcəyik. İki ölkə arasında həmçinin yaşıl gündəlik üzərində birlikdə işlər aparılır. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Bu səfərin yaxşı nəticələri olacaq və iki ölkə arasındakı tərəfdaşlıq uğurla davam edəcək. Bolqarıstan Prezidenti isə çıxışında əsas diqqəti enerji sektorunda qarşılıqlı əməkdaşlığa yönəltdi . Son illərdə iki dövlət arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. İki ölkənin enerji sektorundakı əməkdaşlığının bugünkü səviyyəsi qənaətbəxşdir və müsbət perspektiv vəd edir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycan enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşıdır. Bolqarıstan Azərbaycanın qazının nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq və Bolqarıstan Azərbaycan qazından fayda götürəcək.
    Beləliklə, Azərbaycan xarici siyasətində vacib istiqamətlərdən biri olan Avropa ölkələri ilə ikitərəfli qaydada münasibətlərini dərinləşdirir və özünün, tərəfdaşlarının mənafelərinə, eləcə də regionda təhlükəsizlik və əməkdaşlığın genişlənməsinə töhfə verir.
    Gülnarə Əlizadə,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib38 dəfə
    Bakıda imza atılan yeni sənədlər əməkdaşlığın yeni dövrü

    Maraqlı gələ bilər
    27
    31
    90