1990-cı ilin noyabrında, müstəqillik yolunda əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı yenidən qaldırıldı. 1990-cı ilin 17 noyabrında, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qəbul edilən qərar ilə, Naxçıvanın dövlət bayrağı olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı seçildi. Bu, Azərbaycanda dövlətçilik ənənələrinin bərpası və müstəqillik istiqamətində atılmış mühüm bir addım oldu.
Heydər Əliyev, Naxçıvanın rəmzi olaraq üçrəngli bayrağın qəbul edilməsinin yalnız Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycanın gələcək müstəqilliyi və dövlətçilik tarixinin bir parçası olduğunu vurğulamışdır. Həmin il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti də üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qəbul etmişdir. Bu qərar, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və xalqın milli azadlıq hərəkatının təsdiqlənməsi üçün vacib bir addım oldu.
İlham Kazımov,
Xocalı rayon ziyalısı