Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Tarix və Milli Birlik

0

  • Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli şüurunun, tarixinin və birlik arzusunun güclü simvolu kimi qeyd olunur. Bu bayramın əsası 1991-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi bir dövrdə təsis olunan bu bayram, soydaşlarımız arasında həmrəylik hissini artırmaq məqsədini daşıyır. Bayramın yaranma tarixi 1989-cu ildə Naxçıvanda, Araz çayı boyunca yerləşən sərhəd dirəklərinin götürülməsi ilə başlayır. Həmin vaxt azərbaycanlılar uzun illər sərhədlərlə ayrılan soydaşları ilə görüşərək, tarixi bir addım atmışdılar.

    Bu hadisə yalnız bir tarixi fakt deyil, həm də azərbaycanlıların milli birlik arzularının təzahürü idi. Həmrəylik Günü hər il dekabrın 31-də qeyd olunur və dünya azərbaycanlılarının milli-mədəni dəyərlərini qorumaq və bir-birinə bağlılığını gücləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda və xaricdə yaşayan soydaşlarımızın bir araya gəldiyi, həmrəyliyimizi təsdiq etdiyi əlamətdar tarixdir. Bununla yanaşı, Həmrəylik Günü həm də xalqımızın müxtəlif çağırışlara qarşı birgə mübarizə aparmaq iradəsini nümayiş etdirir.
    Xocalı rayon gənci Leyli Yusifova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib55 dəfə
    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Tarix Milli Birlik

    Maraqlı gələ bilər