Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dünya ikincisi olan idmançımızla görüş keçirilib

5/5

  • Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iştirak etmiş parapauerliftinqçi Zeynalov Talib Ramin oğlu ilə görüşüb. Rayon icra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən görüşdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elməddin Bağırov, idmançının valideyni, rayon fəalları və gəncləri də iştirak edib.
    Görüş çərçivəsində Talib Zeynalovun əldə etdiyi qələbədən və ölkəmizdə idmanın inkişafı üçün idmançılara göstərilən diqqətdən danışılıb.
    Məlumat üçün bildirək ki, parapauerliftinqçimiz (+107 kq) ümumi qaldırmada üç hərəkətin cəmində 307 kq nəticə ilə gümüş medala layiq görülüb.
    İdmançı Talib Zeynalov Xocalı rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və diplomla mükafatlandırılıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib95 dəfə
    dünya ikincisi olan idmançımızla görüş keçirilib

    Maraqlı gələ bilər
    0
    25
    162