Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Erkən nikahlara qarşı birlikdə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilib

0

  • Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Erkən nikahlara qarşı birlikdə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Goranboy şəhər 4 saylı tam orta məktəbin akt zalında keçirilən tədbir 29 oktyabr 2024-cü il tarixdə baş tutub.
    Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon mərkəzi xəstənasının baş həkimi Aqil Məmmədov, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı Babək Quliyev və Goranboy rayon Təhsil şöbəsinin əməkdaşı Bəxtiyar Quliyev erkən nikahın uşaq hüquqlarını pozması barədə maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Tarixin bütün dövrlərində nümunəvi olan Azərbaycan ailəsində erkən nikaha yol verilməsi qəbuledilməzdir və məsuliyyətə səbəb olur. Eyni zamanda erkən nikah qız uşaqlarının təhsil almaq hüququnun əlindən alınması deməkdir və uşaqların təhsildən yayınmalarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür.
    80 nəfərin yararlandığı tədbirdə müəllim və şagirdlərlə yanaşı valideynlər də iştirak ediblər. Sonda maarifləndirici videoçarx nümayiş etdirilib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib66 dəfə
    “erkən nikahlara son deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

    Maraqlı gələ bilər
    72
    56
    78