Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yaxın vaxtlarda Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərinin bərpasına başlanacaq

0

  • "Vətən səsi" xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərində tikinti və bərpa işləri” tenderinin nəticələrini elan edib. Tenderin qalibi “Bakı Abadlıq Xidməti” MMC olub. Adı çəkilən yaşayış məntəqələrinin bərpası və yenidən qurulması tədbirlərinə başlamaq məqsədilə adı çəkilən şirkətlə 152 milyon 247 min 600 manat məbləğində müqavilə imzalanıb.

    Qeyd edək ki, “Bakı Abadlıq Xidməti” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Binnət Əli Qasımov Oktay oğlunun qanuni təmsilçisi olduğu şirkət Bakının Yasamal rayonunda qeydiyyatdadır. "Bakı Abadlıq Xidməti MMC" bundan əvvəl Laçın şəhərinin bərpası və yenidən qurulması layihəsini də həyata keçirib.

    Elxan SALAHOV
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib178 dəfə
    Yaxın vaxtlarda Xocalı şəhəri Kərkicahan qəsəbəsi Malıbəyli Turşsu kəndlərinin bərpasına başlanacaq

    Maraqlı gələ bilər
    43