18 yanvar 2025-ci il tarixdə Xocalı Rayon İcra Hakimiyyətinin və Xocalı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndirilməsi məqsədilə rayon ictimaiyyəti ilə maarifləndirici görüş keçirilmişdir.
Görüş zamanı cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması üçün müxtəlif təbliğat xarakterli və stimullaşdırıcı tədbirlərin mütəmadi həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Eyni zamanda iştirakçılara bildirilmişdir ki, ölkəmizdə çətin həyat şəraitində olan şəxslərin (ailələrin) sosial xidmətlərə çıxış imkanlarının artırılması, eləcə də bu xidmətlərə ehtiyacı olan şəxslərin regionlar üzrə düzgün paylanmasının müəyyən edilməsi məqsədilə müxtəlif layihələr və proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbir iştirakçıları sosial xidmətlərin əlçatanlığının artırılması və uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətini yüksək qiymətləndirmiş, mövzu ilə bağlı suallarını səsləndirmiş və müvafiq məsləhətlər almışlar.