Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Keçmişimizin mirası, gələcəyimizin zəmanəti” adlı tədbir keçirilib.

0


  • 17.03.2025-ci ildə Xocalı rayon mədəniyyət evində “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar olaraq dəyirmi masa ətrafında “Keçmişimizin mirası, gələcəyimizin zəma-nəti” adlı tədbir keçirilib. Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsinin Xocalı və Xocavənd rayonları üzrən nümayəndəsi Ruslan Bəşirov və mədəniyyət işçiləri iştirak etdilər.
    İlk öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, 34 illik müstəqillik dövründə Azərbay-can öz suverenliyini və ərazi bütövlüyünü qorumaqla yanaşı, beynəlxalq aləmdə də güclü bir mövqe əldə etmişdir. Onlar həmçinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin tarixini, xüsusən də 1991-ci ildən sonra ölkənin inkişafında və suverenliyin bərpası üçün atılan addımları qeyd etdilər. Çıxış edən natiqlər Azərbayca-nın suverenliyinin qorunmasının yalnız dövlətin gücü ilə deyil, həm də xalqın birlik və həmrəyliyi ilə mümkün olduğunu vurğuladılar. Natiqlər “Suverenlik və Konstitusiya ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətinə toxunaraq gənc nəslin vətənə bağlılıq və milli dəyərlərə hörmət yetişdirməyinin vacibliyini bildirdi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 həft. öncə
    İzlənib12 dəfə
    “Keçmişimizin mirası gələcəyimizin zəmanəti” adlı tədbir keçirilib.

    Maraqlı gələ bilər
    66