Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kəlbəcərin Yenidən Açılan Qapıları

0


  • İllərdir qəlbimizdə bir həsrət, gözlərimizdə bir yol gözləntisi vardı – doğma Kəlbəcərə dönmək həsrəti. O həsrət indi gerçəkləşir. Dağların qoynunda doğulub böyüyən, bulaqlarının səsi ilə nəfəs alan kəlbəcərlilər bu gün yenidən yurduna qayıdır.
    Uzun illər yad əllərdə qərib qalan torpaq indi yenidən sahiblərinə qovuşur. Qarlı zirvələr, yaşıl meşələr, çiçəklərlə dolu yaylaqlar yenidən xalqının nəfəsini duyur. O torpağın hər qarışı şəhid qanı, hər daşı igid əsgərlərin iziylə müqəddəsdir.
    Bu qayıdış sadəcə evlərə deyil, həm də könüllərə işıq gətirir. Çünki itirilən illər bizə göstərdi ki, vətənin bir qarışı belə əvəzsizdir. Kəlbəcərə dönmək – həm keçmişin xatirələrini, həm də gələcəyin ümidlərini daşımaq deməkdir.
    İndi küçələrdə yenidən uşaq gülüşü eşidiləcək, bağçalarda güllər açacaq, məktəblərdə zəng səsi çalınacaq. Hər kəs öz ocağını yandıracaq, öz həyətində ağac əkəcək. Və Kəlbəcər yenidən həyatla dolacaq.
    Bu torpaqların yenidən canlanması bizim birlik və əzmkarlığımızın nəticəsidir. İndi Kəlbəcər təkcə bir bölgə deyil – bütöv Azərbaycanımızın qürur simvoludur
    Xocalı rayon ziyalısı Anar Əliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib17 dəfə
    Kəlbəcərin Yenidən Açılan Qapıları

    Maraqlı gələ bilər
    103
    83
    93
    139
    81