Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıda toy-büsatlı günlər olacaq

0

  • Xocalı faciəsi bəşəriyyətin ən böyük faciələrində biridir. Xocalıdan olan bir gənc olaraq mən və digər həmyaşıdlarım Xocalıda düşmənin əzizlərimizə qarşı etdiyi vəhşilikləri eşidərək böyüdük. İçimizdə hər zaman qisas hissi oldu. Qisas hissimi yanlış anlamayın. Biz qisas deyəndə vicdansız düşmənin etdiyi kimi qadından, uşaqdan, qocadan, əli yalın insanlardan qisas almağı düşünmürdük. Biz qisas deyəndə dinc, əliyalın, günahsız qocalarımızı, ana-bacılarımızı, körpə uşaqlarımızı vəhşicəsinə soyqırıma məruz qoyan ermənin əlisilahlı, cəllad terroristlərindən qisas almağı düşünürdük. Biz böyüdük. Ancaq çox xoşbəxt gənclər olduq ki bizlərnən bərabər Azərbaycanımızın inkişafı böyüdü, ordumuz böyüdü, iqtisadiyyatımız böyüdü.Nəhayət qisas günü çatdı. Bu ölkəni güclü bir ölkəyə çevirən, söz sahibi ölkə edən, dahi siyasətşçi, əsl sərkərdə,ali baş komandan həsrətnən gözlədiyimiz əmri verdi. Hər bir vətəndaşının prezidenti olan cənab İlham Əliyev bu dəfə döyüş meydanında hər bir əsgərinin, zabitinin, komandanı oldu, bilavasitə döyüşlərə özü nəzarət etdi.Nəhayət Ali Baş Komandanımız, Müzəffər Ali Baş Komandan,onun ordusu isə qalib ordu oldu. Vətənimiz işğaldan azad olundu. Cənab Prezident həm Ulu öndərimizin vəsiyyətinə əməl etdi, həm bu xalqa sahib çıxdı, həm də verdiyi sözə sadiq çıxdı. Müzəffər Ali Baş Komandan Vətənimizin azadlığını tamamilə bərpa etdi.
    26.02.2024 Xocalı Faciəsi günü. Ancaq biz xocalılar ilk dəfədir ki bu faciəni qürürlu keçirdik. Çünki bu il faciəmizi müzəffər Ali Baş Komandanımızla birgə Xocalıda keçirdik. Xocalıdan olan müharibə iştirakçısı və gənc Prezident mükafatçısı olaraq Xocalıda Xocalı faciəsini ana bilmək mənim ən qürurlu və xoşbəxt günüm idi. Həmin gün tək mənim yox bütün xocalıların bütün xalqımızın ən qürurlu günü idi. Ona görə qürurluyduqki başı bəlalar çəkmiş Xocalı artıq azad idi. Bu torpaqlarda soyqırıma məruz qalan vəhşicəsinə qətlə yetirilən 613 şəhidimizin ruhu şad idi. Toraqlarımızın azadlığı uğrunda can verən Xocalının qisasını alan şəhidlərimizin ruhu şad idi.Xocalı adlı ağır bir dərdi daşıyan Azərbaycan xalqının artıq başı dik alnı açıq idi. Vətən münaribəsi zamanı möhtərəm prezidentimizin komandanlğı ilə xalqımız ordumuzla əsl birlik nümunəsi göstərərək tarix yazdı.Hansı ki bu tarix əsrlər keçsədə tarix kitablarımızda ən şanlı tariximiz olaraq yazılacaq və gələcək nəsillər İlham Əliyev kimi böyük sərkərdənin başcılığı ilə belə böyük zəfəri qazandığımızı öyrənəcək. Gələcək nəsillər bu vətənin necə mərd qorxmaz gözünü qırpmadan vətəni üçün can verən qəhrəmanlarının olduğunu öyrənəcək.Bu qələbə cənab prezidentin və komandanı olduğu ordunun qələbəsidir. Bu qələbə ehtyac olmadığı halda öz təqaüdünü ordumuza göndərən babaların, ataların, bizə corab toxuyub göndərən nənələrin, dualarıni əsirgəməyən anaların, əsgərə məktub yazıb, biz sizə güvənirik deyen balaca balaların qələbəsidir. 1992-ci il 26 fevralda soyqrımla işığı söndürülən evlərin işığını Cənab Prezident Xocalı sakinləri ilə bir yerdə yandırdı. Cənab Prezidentin Xocalıda təməlini qoyduğu abidə Xocalıya işıq saçdı. Bu torpaqlara yeni nəfəs gəldi. İnşallah bu torpaqlar dahada inkişaf edəcək. Bu inkişafda əlbəttə, İlham Əliyev cənablarının böyük diqqət və qayğı göstərdiyi hər bir Xocalı sakini Prezidentinə kömək olacaq. Xocalıda artıq böyük mədəniyyət ocaqları təhsil ocaqları olacaq. Xocalıda toylu-büsatlı günlər olacaq.
    Şamil Məmmədli,
    Xocalı rayon gənci, Vətən müharibəsi iştirakçısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib182 dəfə
    Xocalıda toy büsatlı günlər olacaq

    Maraqlı gələ bilər
    61
    0
    75