0
Xocalı rayonu üzrə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Çıxış edənlər qeyd etmişlər ki, qloballaşan dünyada milli dilin qorunması, onun zənginliyinin və saflığının saxlanılması, eyni zamanda müasir tələblərə uyğun inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi, rəsmi yazışmalarda və gündəlik ünsiyyətdə düzgün və səlis istifadəsi əsas prioritetlərdən biridir.
Tədbir çərçivəsində dil normalarına riayət olunmasının vacibliyi, xüsusilə sosial şəbəkələrdə və informasiya məkanında Azərbaycan dilinin düzgün istifadəsi məsələləri geniş müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, dilin inkişafı yalnız dilçi alimlərin deyil, hər bir vətəndaşın məsuliyyətidir və bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı keçirilməsi zəruridir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 saat öncə |
| İzlənib | 1 dəfə |