Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıda hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

0

  • Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli, 1685 nömrəli Fərmanı ilə yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin fəaliyyətinin təmin edilməsi istiqamətində ölkənin müxtəlif bölgələrində ardıcıl tədbirlər həyata keçirilir. Sözügedən Fərmanın 9-cu bəndinin icrası çərçivəsində Xocalı rayonu üzrə də mühüm təşəbbüslər reallaşdırılır.
    Bu tədbirlərin davamı olaraq, 24 dekabr 2025-ci il tarixində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində hüquq sahəsinə həsr olunmuş təlim keçirilmişdir. Təlim “Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus olan hüquqi şəxslər Mərkəzin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi” mövzusuna həsr olunmuşdur.
    Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq sahəsində çalışan mütəxəssislər, eləcə də müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndələr iştirak etmişlər. Təlim zamanı normativ hüquqi aktların hazırlanması, qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi, hüquq normalarının düzgün tətbiqi və hüquqi ekspertizanın əhəmiyyəti ilə bağlı geniş izahatlar verilmişdir.
    Çıxış edənlər qeyd etmişlər ki, hüquq sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması, normayaratma prosesində vahid yanaşmanın formalaşdırılması dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır. Xüsusilə, işğaldan azad olunmuş və bərpa mərhələsində olan ərazilərlə bağlı hüquqi məsələlərin operativ və düzgün həlli bu cür təlimlərin aktuallığını daha da artırır.
    Təlim interaktiv müzakirələr, sual-cavab sessiyaları ilə davam etmiş, iştirakçıları maraqlandıran praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda belə tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanmışdır.
    Qeyd edək ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin fəaliyyəti çərçivəsində həyata keçirilən bu kimi maarifləndirici tədbirlər hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə və dövlət qulluqçularının peşəkarlığının artırılmasına xidmət edir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib11 dəfə
    Xocalıda hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

    Maraqlı gələ bilər
    160
    236
    215
    144