Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Nəhayət ki, 30 illik dərdimizə nöqtə qoyuldu

0


  • İllərlə bizi narahat edən, qəlbimizdə yaraya çevrilən Qarabağ məsələsi artıq rəsmi olaraq bağlanır. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində dedi ki, Vaşinqtonda imzalanan sənədlə Azərbaycan–Ermənistan münaqişəsinə son qoyulub. Bu o deməkdir ki, 30 ildən çox davam edən gərginlik, torpaq həsrəti, müharibə təhlükəsi arxada qalır.
    Hamımız yaxşı xatırlayırıq ki, 1990-cı illərdə Azərbaycan zəif idi, ərazilərimizin 20 faizi işğal altında qaldı. Xalqımız məcburi köçkün oldu, minlərlə şəhid verdik. Amma 2020-ci ildə 44 günlük Vətən müharibəsində igid əsgərlərimiz və ordumuz sayəsində torpaqlarımız azad edildi, ədalət və haqq bərpa olundu. İndi isə o zəfərin nəticəsi siyasi sənədlərlə möhkəmlənir.
    Prezident açıq şəkildə dedi ki, Azərbaycan heç vaxt intiqam arzusunda olmayıb. Bizim istəyimiz sülh, sabitlik və qonşuluq münasibətləridir. Ermənistan sənədi imzalayıb və geri dönmək şansı yoxdur. Yalnız Konstitusiyalarında bəzi dəyişikliklər etmələri qalıb, ondan sonra sülh müqaviləsi də imzalanacaq.
    Ən önəmlisi odur ki, Azərbaycan dövlətinin mövqeyi hər zaman reallığa söykənib. Biz boş vədlərlə deyil, konkret addımlarla iş görmüşük. Bu gün isə həmin siyasətin bəhrəsini görürük – müharibə dövrü bitdi, sülh dövrü başladı.
    Hörmətli həmvətənlər, bu, təkcə dövlətin uğuru deyil, bütün xalqımızın zəfəridir. Hər birimizin övladı, hər bir şəhidin ruhu bu qələbənin içindədir. İndi bizə düşən iş birlikdə ölkəmizi daha güclü etmək, azad olunmuş torpaqları abadlaşdırmaq və gələcək nəsillərə müharibəsiz bir Azərbaycan miras qoymaqdır.
    Xocalı rayon ziyalısı Samirə Abbasova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib13 dəfə
    Nəhayət ki 30 illik dərdimizə nöqtə qoyuldu

    Maraqlı gələ bilər
    73
    103
    244
    176
    82
    118