Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qaranlıq Günlərə Günəş Tək Doğan Adam

0


  • 1993-cü ilin o qaynar payız günündə Azərbaycan xalqı çox mühüm bir qərar verdi. Hər kəsin dilində bir ad vardı – Heydər Əliyev. O vaxtlar çətin idi, ölkə başsız qalmışdı desək, yalan olmaz. Qan-qada, qarışıqlıq, yoxsulluq, sabahsızlıq... Hər kəsin içində qorxu, nigarançılıq, bir də böyük bir ümidsizlik vardı. Amma bir ümid işığı uzaqdan görünürdü – o da Heydər Əliyev idi.

    Xalq onun adını eşidəndə rahat nəfəs alırdı. Çünki bu insan əvvəl də rəhbər olmuşdu, ölkəni necə idarə etməyi bilirdi. Amma əsas məsələ təkcə idarəçilik deyildi. Xalq bu adamda bir ata obrazı görürdü. Doğma, qayğıkeş, qətiyyətli və mərd bir ata kimi. Elə ona görə də 3 oktyabrda xalq yekdilliklə onun arxasında durdu. Seçki sadəcə rəsmi prosedur idi, əslində o, xalqın ürəyində çoxdan Prezident olmuşdu.

    Seçkidən sonra sanki ölkəyə bir nəfəs gəldi. Tez olmasa da, tədricən sabitlik yarandı, dövlət quruldu, ordumuz gücləndi, iqtisadiyyat özünü toparlamağa başladı. Amma ən vacibi – xalqın dövlətə inamı qayıtdı. İnsanlar başa düşdü ki, artıq dövlətin başında məsuliyyətli, təcrübəli və xalqını sevən bir lider var.

    Heydər Əliyevin bir baxışı belə insanlara güvən verirdi. Onun çıxışları təkcə rəsmi nitqlər deyildi, xalqla söhbət idi. Hər kəlməsi, hər çağırışı içdən gəlirdi. O deyəndə ki, "Mən bu xalqın yolundayam", inanırdıq, çünki görürdük.

    Bu gün sabit və güclü bir Azərbaycan varsa, bu torpaqlarda müstəqil bir dövlət varsa, bunun təməlində o 3 oktyabr dayanır. Çünki məhz o gün xalq öz xilaskarını seçdi. Bəzən bir insan bir xalqın taleyini dəyişə bilər – Heydər Əliyev bunu bacardı.

    Onu bu millət heç vaxt unutmadı. Çünki o, bu milləti çətin gündə tək qoymadı. Bu ölkənin qaranlıq yollarına günəş tək doğdu. Və bu gün də onun yolu ilə gedən milyonlarla insan var. Çünki bu yol – dövlətimizin, müstəqilliyimizin, gələcəyimizin yoludur.

    Xocalı rayon ziyalısı Məmməd Nağıyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib28 dəfə
    Qaranlıq Günlərə Günəş Tək Doğan Adam

    Maraqlı gələ bilər
    133
    79
    83