Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qurban Qurbanov Xankəndidəki oyundan danışdı

5/5

  • Xankəndiyə böyük qürur hissi ilə gedirik.
    xocalininsesi.az axar.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hava limanında İTV-yə açıqlamasında deyib.
    "Baxmayaraq ki, yerli kubok oyunumuzdur, böyük sevgi ilə gedirik. Dünən məşqdə belə komandada əhval yüksək səviyyədə idi. Çox istərdik ki, bu oyun futbolu daha da sevdirsin. Buna da inanıram, əminəm. Mənə elə gəlir ki, oradakı oyunda daha qürurlu olacağıq. Matçı gözləyirik, çox şadıq. Bir daha ordumuza, əsgərlərimizə, cənab prezidentə təşəkkür edirəm ki, torpaqları geri qaytardılar və biz də ora qürurla gedirik.
    Çox istərdik ki, beynəlxalq bir oyun orada keçirilsin. Bununçün vaxt lazımdır, böyük məmnuniyyətlə orada beynəlxalq oyun keçirmək istəyərdik".
    Qeyd edək ki, sabah Xankəndidə "Qarabağ" Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində MOİK ilə qarşılaşacaq. Oyun saat 14:00-da start götürəcək.
    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1168481.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    Bölməİdman
    KateqoriyaÖlkə idmanı
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi1 il öncə
    İzlənib113 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    579
    122
    62
    81