Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  •  



    Vətən müharibəsində qazanılan Zəfərin arxasında minlərlə igid oğlumuzun qəhrəmanlığı dayanır. Onlar torpaqlarımızın azadlığı uğrunda döyüşərək Azərbaycan xalqına böyük Qələbə sevinci yaşatdılar. Bu gün azad torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin bizə əmanətidir.



    44 günlük müharibədə Azərbaycan əsgəri bütün dünyaya Vətən sevgisinin necə böyük qüvvə olduğunu göstərdi. Yaralanmasına baxmayaraq döyüşə qayıtmaq istəyən hərbçilərimizin fədakarlığı, çətin şəraitdə irəliləyən əsgərlərimizin igidliyi heç vaxt yaddaşlardan silinməyəcək.



    Bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı da xüsusi əhəmiyyət daşıyır. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və digər sosial təminat tədbirlərinin həyata keçirilməsi qəhrəmanlarımızın xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir.



    Biz bir vətəndaş olaraq şəhidlərimizin xatirəsini daim yaşatmalı, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmalıyıq. Hər birimiz bilməliyik ki, bu gün yaşadığımız qələbə sevincini məhz onların fədakarlığı sayəsində qazanmışıq.



    Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 saat öncə
    İzlənib4 dəfə
    Şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq
    Maraqlı gələ bilər
    200
    214
    318