Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sosial yardım adı altında dələduzluq!

0

  • "Feysbuk sosial şəbəkəsində "Azərbaycan Sosial Yardım 2025" adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir".
    xocalininsesi.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili feysbuk hesabında yazıb.
    Onun sözlərinə görə, daha sonra istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur:
    "Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.
    Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə də təyinat aparılmır".

    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/country/1277316.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi2 həft. öncə
    İzlənib49 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    71
    82
    155