0
Şuşa bizim üçün təkcə gözəl bir şəhər deyil, həm də zəngin tariximizin və mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu qədim şəhər Azərbaycan xalqına böyük sənətkarlar, şairlər və musiqiçilər bəxş edib. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və digər görkəmli şəxsiyyətlərin adları Şuşanın tarixi ilə sıx bağlıdır.
Təəssüf ki, işğal illərində şəhərimizin bir çox tarixi və mədəni abidələri dağıdılmış, milli irsimizə ciddi ziyan vurulmuşdu. Lakin 2020-ci ildə Şuşanın azad olunmasından sonra bu qədim şəhərdə yeni həyat başladı.
Bu gün tarixi məscidlərin, muzeylərin, abidələrin bərpası, “Xarıbülbül” festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi hər birimizi sevindirir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də onun xalqımız üçün daşıdığı böyük mənəvi dəyərin göstəricisidir.
Şuşanın səsinin, musiqisinin və mədəniyyətinin yenidən dünyaya yayılması qürurvericidir. Bu şəhər keçmişimizi yaşatmaqla yanaşı, gələcək nəsillərə də zəngin milli irsimizi çatdıracaq. Şuşa hər zaman Azərbaycanın mədəniyyət beşiyi olaraq qalacaq.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 6 saat öncə |
| İzlənib | 5 dəfə |