“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 39 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Xocalı rayon icra Hakimiyyəti tərəfindən də tədbirlər keçirilir. Bu mənada 23.01.2023-cü il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvafiq Fərmanın 7.1.61 - ci bəndinin icrası ilə bağlı olaraq, kənd yerlərində sosial cəhətdən həssas əhali qruplarının, xüsusilə aztəminatlı ailələrin, qadınların, gənclərin və əlilliyi olan şəxslərin potensial imkanları nəzərə alınaraq cəmiyyətdə fəal iştirakının dəstəklənməsi, əmək bazarına inteqrasiya olunması üçün aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə Cənab Prezidentin imzaladığı Fərman haqqında geniş məlumat verilib. Əlillərin, gənclərin, pensiya yaşına iki il qalan şəxslərin əmək bazarına inteqrasiyası və onların işə düzəlməsinə kömək göstərilməsi ilə bağlı mexanizmlər barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupunun məşğulluğunun təmin olunması diqqətdə saxlanılır. Bu sahədə işəgötürənlərin də üzərinə mühüm vəzifələr düşdüyü və müvafiq kvotalar çərçivəsində həmin təbəqələrdən olanların işə qəbul edilməyinin vacibliyi vurğulanıb.