Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
TƏBİB-in tabeliyindəki Xocalı Rayon Mərkəzi Xəstəxanasında növbəti təlim keçirilib

5/5

  • TƏBİB-in tabeliyindəki Xocalı Rayon Mərkəzi Xəstəxanasında azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi mövzusunda növbəti təlim keçirilib.

    Təlimdə Azyaşlı uşaqlar, hamilə və zahı qadınların patronaj xidmətinin təşkili və nəzarətin təmin edilməsi üzrə kurator və təlimçilər çıxış ediblər.

    Xocalı Rayon Mərkəzi Xəstəxanasına daxil olan ASM və Tibb məntəqələrinin patronaj xidmətinin cavabdeh məsul şəxsləri, pediatrlar, tibb bacıları və mamaların iştirakı ilə keçirilmiş təlimdə modul 1, 2 əhatə olunmuşdur.

    Açılış nitqi ilə çıxış edən İlkin səhiyyə xidmətinin rəhbəri və Gəncə TƏB üzrə kurator Xalidə Sadıqova ilkin səhiyyə xidmətinin gücləndirilməsi perspektivləri, azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətlərinin universal proqressiv modelinin tətbiqinin gücləndirilməsi haqqında çıxış edib və təlimlərin davamlı olmasını bildirib.

    Təlim iştirakçılarına erkən uşaqlıq dövrünün dəstəklənməsi və patronaj tibb bacılarının yeni rolu barədə məlumat verilib. Təlim interaktiv şəkildə keçirilib və iştirakçıların sualları cavablandırılıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib154 dəfə
    tƏbİb in tabeliyindəki xocalı rayon mərkəzi xəstəxanasında növbəti təlim keçirilib

    Maraqlı gələ bilər
    29