Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kosalar kənd mədəni-maarif müəssisələri Anım Günü-milli qürur günümüzdür! mövzusunda tədbir keçirib

5/5

  • 26.09.2025-ci il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Qarabağ Regional Mədəniyyət İdarəsi Xocalı rayon Kosalar kənd Mədəniyyət Evində 27 Sentyabr - Anım Günü ilə əlaqədar "Anım Günü- milli qürur günümüzdür!" mövzusunda tədbir keçirilib.

    Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin və Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Çıxışlar zamanı natiqlər Anım Gününün tarixi əhəmiyyətindən söz açıb, bu günün xalqımız üçün dərin mənəvi məna daşıdığı vurğulanıb. Anım Gününün xalqımızın yaddaşında qəhrəmanlıq və qürur simvolu kimi qalacağı bildirilib.

    Tədbir iştirakçıları daha sonra Gəncə şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər. Əbədi Məşəl Kompleksinin önünə gül dəstələri düzülüb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib175 dəfə
    kosalar kənd mədəni maarif müəssisələri

    Maraqlı gələ bilər
    106
    71
    91
    106