Türk xalqlarının mövcud olan dövlətlərin bir siyasi təşkilatda birləşərək nüfuzlu beynəlxalq təşkilata çevrilməsi bu dövlətlərin təhlülkəsizliyi, eyni zamanda iqtisadi, hərbi sahədə inkişaf etdiriləsi üçün mühüm hadisədir. Bu xalqların mənşə və mənəvi dəyərlər baxımından eyniyyət təşkil etməsinə baxmayaraq onlara qarşı maraqlı dünya gücləri tərəfindən aparılmış özgələşdirmə, ayrıcılıq siyasəti türk xalqlarını bir- birindən uzaqlaşdıra, milli köklərini sarsıdaraq hətta zaman-zaman bir-birinə qarşı qoyaraq onlar arsında böyük müharibələrə, iğtilaflara yol aça bilmişdilər.Türkü türkə qarşı qoyaraq onların zəyifləməsindən istifadə edən kənar qüvvələr türk dünyasını parçalayaraq özlərinin bu coğrafiyada hökümranlığını təmin edə bilmişdirlər.Türk xalqlarının yaşadığı aryalın genişliyi, malik olduğu zəngin təbii resurslar və malik olduğu çoğrafi mövqe dünyaya hakim olmaq arzusu ilə yaşayan güclərin maraq dairəsində olmuş və olmaqdadır. Mövcud olan türk dövlətlərinin malik olduğu iqtisadi, demoqrafiq və hərbi imkanlar regionda maraqlı olan, oturuşmuş təsir vasitələri olan güclərə qarşı ayrı-ayrılıqda duruş gətirmək üçün yetərsiz olduğundan türk xalqlarının bir araya gələrək yeni bir siyasi, iqtisadi və hərbi güc mərkəzinin yaradılmasını zəruri edirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və o dönəmdə Türkiyə Prezidenti olmuş cənab Süleyman Dəmirəllə şəxsi dosluq münasibətləri hər iki dövlətin bir-biri ilə əlaqələrinin qurulmasına imkan verdi. 1994-cü il sentyabr ayının 10-da imzalanmış “ Böyük Neft Kontraktına” daxil olan dövlətlərin cərgəsinə qardaş Türkiyənin qoşulması hər iki dövlətin inkişafında müstəsna rol oynamış oldu. Konsorsiuma daxil olan digər dövlətlərdən fərqli olaraq Azərbaycanla Türkiyənin bir arada olması olduqca mühüm əhəmiyyət kəsb edirdi. Bizim birgəliyimizin nə qədər önəmli olduğunu xalqımzın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət , iki dövlət” kəlamı dəqiq ifadə edilmişdi. Azərbaycanla Türkiyə arasındakı əlaqələr Azərbaycan Respubilkasının Prezidenti cənab İham Əliyev və Türkiyə Respubilkasının Prezidenti cənab R.T. Ərdoğan tərəfindən daha da inkişaf edirilərək ən yüksək səviyəyə çatdırıldı. Hər iki Liderlərimizin birgə fəaliyyətləri, apardıqları ardıcıl və məqsədyönlü siyasət sayəsində Mərkəzi Asiya türk dövlətləri ilə əlaqələrin daha da dərinləşməsinə, son nəticədə dünya güclərinin belə hesablaşmalı olduğu beynəlxalq təşkilata çevrildi. Qısa bir müddətdə, yəni təsis edildiyindən cəmi 4 il keçməsinə baxmayaraq bu qədər sürətlə təşkilatlanması, tələb olunan təsisatlar formalaşdırılması onu deməyə əsas verir ki, yeni dünya düzəninin formalaşmsında Türk Dövlətləri Təşkilatlarının müstəsna yer olacaq və zaman keçdikcə daha da güclənərək dünya güclərinin hesablaşmalı olduğu yalnız regional deyil, beynəlxalq güclərdən birinə çeviriləcək. Dünyada mövcud olan beynəlxalq təşkilatlardan heç biri Türk Dövlətləri Təşkilatlarına daxil olan dövlətlər qədər bir-birinə doğma olan dövlətlərdən təşkil edilmişdir. Çünki Türk Dövlətləri Təşkilatlarına daxil olan dövlətlər bir millətin yaratmış olduğu dövlətlərdir. Digər tərəfdən Türk Dövlətləri Təşkilatlarına daxil olan dövlətlərdən hər hansı birinin güclənməsi digərləri üçün təhdid, təhlükə yartmır. Əksinə həmin dövlətlərin daha da təhlükəsizliyinə hərtərəfli inkişafına töhvə vermiş olur.
Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev türk dövlətləri ilə yalnız siyasi əlaqələrin dərinləşdirilməsi istiqamətində deyil, eyni zamanda iqtisadi bağların qurulması, müasir dövrün tələblərinə uyğun olaraq daha da genişləndirlməsi istiqamətində zamanında verilmiş qərarlar öz müsbət nəticələrini göstərməkdədir. Azərbaycan coğrafi ərazi baxımında dünya xəritəsində kiçik yer tutmasına baxmayaraq Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev özünün şəxsi keyfiyyətləri ilə dünya liderlərinin hesablaşdığı, dünya siyasətinə təsir edə biləcək liderlərdəndir. Azərbaycanda yaradılmış nəqliyyat, loqistika strukturu Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin proqmatik, zamanı qabaqlayan lider olduğunu bir daha təsdiq edir.
Türk Dövlətləri Təşkilatının 21 may 2025-ci il tarixində Budapeşdə keçirilən qeyri –rəsmi Zirvə görüşündə Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin ünvanına digər dövlət başçılarının səsləndirdiyi fikirlər hər bir Azərbaycan vətandaşı üçün olduqca qüruvericidir və bu fikirlər ölkə rəhbərinin nüfuzundan, xüsusi çəkisindən xəbər verir.Qeyd olunan tədbirdə cənab Prezident İlham Əliyev bildirmişdir: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.
Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Bəyanat və dövlət başçılarının səsləndirdiyi fikirlər üzv dövlətlər arasındakı münasibətlərin daha da inkişaf etdiriləcəyinə əminliyi ifadə etməyə əsas verir.
Vahid Əliyev,
YAP Xocalı rayon təşkilatının sədri