20 sentyabr Azərbaycan tarixində yeni bir səhifə açdı. Xankəndi və Xocalının azadlığı bir tərəfdən qələbə sevinci, digər tərəfdən isə uzun illərin ağrısını xatırladır.
Xankəndi, illərlə separatizmin mərkəzinə çevrilmişdi. Amma 2023-cü ilin sentyabr əməliyyatlarından sonra Azərbaycan dövlətinin suverenliyi bu torpaqlarda tam bərpa olundu. Bu gün Xankəndidə üçrəngli bayrağımız dalğalanır, dövlət qurumlarımız fəaliyyət göstərir.
Xocalı isə xalqımız üçün dərd simvolu olmaqla yanaşı, indi həm də dirçəliş rəmzidir. Şəhidlərin qanı bahasına qazanılan bu torpaqlar indi yenidənqurma və bərpa işlərinin şahidi olacaq. Burada həyat yenidən canlanacaq, dağıdılmış evlərin yerində yeni məktəblər, bağçalar, mədəniyyət ocaqları tikiləcək.
20 sentyabrın mahiyyəti budur: Azərbaycan yalnız qələbə qazanmadı, həm də gələcək nəsillərə ədalətli, güclü bir dövlət irs qoydu.
Xocalı rayon sakini Nazim Qədirov