Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın qlobal enerji və tranzit mərkəzinə çevrilməsi strategiyası.

0

  • Azərbaycanın qlobal enerji və tranzit mərkəzinə çevrilməsi strategiyası.
    Prezident İlham Əliyevin çıxışında Azərbaycanın yalnız istehsalçı deyil, həm də mühüm tranzit və investisiya mərkəzi kimi rolu geniş şəkildə təqdim olundu. Azərbaycan Qazaxıstan və Türkmənistan neftinin tranzitini təmin edir və Xəzərin şərq sahillərindən daha çox həcmdə neft qəbul etmək üçün zəruri infrastruktura malikdir.
    Eyni zamanda, Azərbaycanın xaricdə enerji aktivləri genişlənir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilənin imzalanması ölkənin regional enerji bazarlarında mövqelərini gücləndirir. İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə edilməsi və Türkiyənin Egey sahillərində 12 milyon tonluq zavodla birlikdə ümumilikdə 22 milyon tonluq emal potensialının formalaşması Azərbaycanın Aralıq və Egey hövzəsində strateji mövqeyini möhkəmləndirir.
    Bütün bunlar göstərir ki, Azərbaycan enerji təhlükəsizliyinə töhfəsini yalnız xammal ixracı ilə məhdudlaşdırmır. Ölkə hasilat, tranzit, emal, elektrik istehsalı və bərpaolunan enerji sahələrində kompleks və çoxşaxəli strategiya həyata keçirir. Bu yanaşma Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyi modelini formalaşdırmaqla yanaşı, tərəfdaş ölkələr üçün də sabitlik və etibarlılıq təmin edir.
    Beləliklə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin yeni mərhələsini – genişlənmə, şaxələndirmə və yaşıl transformasiya mərhələsini aydın şəkildə ortaya qoyur.
    Xocalı rayon gənci Ayşə Əliyeva.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi17 saat öncə
    İzlənib18 dəfə
    Azərbaycanın qlobal enerji tranzit mərkəzinə çevrilməsi strategiyası.

    Maraqlı gələ bilər
    178
    262