0
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Xocalı rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədilə silsilə ağacəkmə aksiyaları həyata keçirilir.
Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin iştirakı ilə keçirilən aksiyalar çərçivəsində müxtəlif ərazilərdə yeni ağac tingləri əkilir, mövcud yaşıllıq sahələrinə qulluq göstərilir və ətraf ərazilərdə abadlıq işləri aparılır.
Ağacəkmə tədbirlərində iştirakçılar tərəfindən ərazilər təmizlənir, torpaq sahələri əkin üçün hazırlanır və əkilən tinglərin normal inkişafı üçün zəruri tədbirlər görülür. Aksiyalarda yaşıllıqların artırılmasının, təbiətə qayğıkeş münasibətin formalaşdırılmasının və ekoloji mədəniyyətin inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılır.
Qeyd olunur ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu cür təşəbbüslər yaşayış məntəqələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına, abadlıq və yaşıllaşdırma ənənələrinin davam etdirilməsinə xidmət edir.
Xocalı rayonunda idarə, müəssisə və təşkilatların iştirakı ilə yaşıllıq sahələrinin artırılması və ətraf mühitin qorunması istiqamətində ağacəkmə və abadlıq tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 16 saat öncə |
| İzlənib | 4 dəfə |