Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı Rayon Mərkəzi Xəstəxanasında Zəfər Günü münasibətilə tədbir keçirilib

0

  • Zəfər Günü ilə bağlı Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmışTədbirlər Planına əsasən, rayon icra hakimiyyətinin və TƏBİB-in tabeliyində olan Xocalı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə "44 günlük Vətən savaşında Azərbaycan həkimlərinin əvəzsiz xidmətləri" mövzusunda tədbir keçirilib.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədov, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Mütalim Cəfərov, xəstəxana kollektivi, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak edib.
    İlk olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vurğulayıb ki, bu gün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq.
    Sonda həkimlərimizin Zəfərimizə verdiyi töhfədən bəhs edən videoçarx tədbir iştirakçılarına təqdim olundu.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib79 dəfə
    xocalı rayon mərkəzi xəstəxanasında zəfər günü münasibətilə tədbir keçirilib

    Maraqlı gələ bilər
    98
    65
    93