18 Yanvar 2025-ci il tarixdə Qarabağ Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində 20 Yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar "Tarixin qan yaddaşı" başlığı altında tədbir keçirildi.
Tədbirdə Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra muzeyin bələdçisi geniş məruzə ilə ətraflı məlumat verdi. Daha sonra tədbirdə iştirak edən qonaqlarda öz fikirlərini səsləndirdilər.
Tədbir orta məktəb şagirdlərinin söylədikləri şeirlərlə davam etdi.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş qısa metrajlı film nümayiş etdirildi.