0
Həmin dövrdə ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürür, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması mühüm vəzifələr qarşıya qoyurdu. Belə bir şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı.
Heydər Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, qanunçuluğun və ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
3 oktyabr tarixi Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın siyasi inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 8 saat öncə |
| İzlənib | 3 dəfə |