Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tarixi seçkinin bir qalib namizədi var

0

  • Dekabr ayının 7-si 2023-cü il tarixi yəqinki, Azərbaycan xalqının yadından uzun illər silinməyəcək. Cənab Prezidentimizin seçkinin növbədən kənar keçirilmə haqqında verdiyi sərancamla bir daha sübut etdi ki, nəyi nə vaxt etməyi o çox gözəl bilir. Amerikalıların şərqi özündən asılı vəziyyətə salması, demokratiya adı altında, öz çirkin əməllərindən, xilas edici mələk yaradırlar. Avropanın və Amerikanın əsas istəkləri orta əsrlərdə olduğu kimi müsəlman və şərq, cənub-şərqi Asiya ölkələrini özlərindən asılı vəziyyətə salmaq, asan qazanc əldə etməkdi.
    Amerikan və Avropalı "dünya fədailərinin" son kələklərinin artıq yerimədiyini göstərir. Dünya xalqları Amerikanın İraqda, Suriyada, Liviyada, Sudanda və Fələstində qurduqları azadlığı yaxşı dərk edirlər. Bunların bir istyi var, müsəlman xarabalıqlarının üzərində sanki, özlərin xoşbəxt hiss edirlər.
    XIX-XX əsrlərdə Azərbaycan xalqı getdiyi bütün seçkilərə bir narahatlıqla gedirdi. Xalqımızın həmişə bir arzusu və nigarançılığı vardı,Qarabağı erməni caynağından necə azad etmək. Öz havadarlarına arxalanan ermənilər həmişə hiylə toru toxuyurdular ki, Qarabağı ələ keçirib Ermənistana birləşdirib, Azərbaycanlıların dədə-baba yurdlarında ikinci erməni dövləti yaradacaqlar. Onların fransız xalaları, amerikan bibiləri, rus dayıları tam təminat vermişdi.
    Ulu öndər Heydər Əliyev onların bu çirkin planların hələ 1960-cı illərdən başa düşürdü ki bu alçaqlar nə etmək istəyir, ona görə də Azərbaycanın ürəyinə sancılan bu oxu laxladırdı. Xankəndinə çəkilən dəmir yolu, açılan Ali məktəb, yeni yaradılan çox saylı müəssələr onları elə ruhlandırmışdı ki, artıq 80-ci illərdə Qarabağı özlərininki bilirdilər.
    Unutmuşdular ki, Azərbaycanın dahi oğlu Heydər Əliyev yaşayır və onların məkirli oyunlarını iflasa uğradacaq.
    Ulu öndər dahi lider Heydər Əliyevin "mən İlhama özüm qədər inaniram" deməsi onun bir daha əvəz olunmaz, uzaq görən dahi səxsiyyət olduğunu sübut etdi.
    44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyev xalqın dəstəyi ilə həm cəhbədə, həm də xarici mətbuata verdiyi açıqlamalarda, qərəzdi suallar versələrdə, hsmısını susdurdu. Müharibə xalqla Prezidenti siyasi partiyalar bir yumuruq kimi birləşdirsədə, yenə xain nankorlar AXC və müsavat partiyaları qoşulmadılar. Ölkənin uğurlarını onlar qısqanırdılar. Ali Baş Komandan, müzüffər sərkərdə İlham Əliyev Cənabları çox dəqiq və ölçülmüş addımlarla məqsədinə doğru irəliləyirdi. Ordumuz Xankəndinə niyə girmədi, Qarabağ yenə ermənilərə qaldı deyə hay-küy salan müxalifətin cavabı 2023-cü il 19 sentyabrında verdi. 23 saat bir neçə dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırıb təslim oldular.
    Bu günə qədər keçirilən bütünseçkilər zamanı Azərbaycanın ərazi bütövlüyü təmin olunmurdu. Ərazilərimiz işğal altında idi.
    Bu növbədən kənar keçirilən Prezident seçkiləri ilk dəfədiki bütün azad Azərbaycan torpaqlarını əhatə edir. 7 fevral 2023 - cü ilə təyin edilmiş növbədən kənar seçki Qalib Ali Baş Komandan İlham Əliyevin bütöv Azərbsycan torpaqlarında keçirilən ilk seçkidi. Vətən torpağı başdan - başa azaddır. Azərbaycan bayrağı bu gün Agdərədə, Əsgəranda, Xocalıda, Xocavəndə və Xankəndində dalğalanır. Qalib sərkərdə İlham Əliyev 15 oktyabr 2023 - cü ildə Xankəndində Azərbaycan bayrağını qaldıranda, bizim hər birimizin sevincinin həddi - hüdudu yox idi. Son 200 ildə ilk dəfədiki, Azərbaycan torpaqlarının hər tərəfində Azərbaycan polisi nəzarət edir. Azərbaycan himni sıslənir. Bundan gözəl azad seçki ola bilməz. Gözün aydın azad Azərbaycan torpağı. Cənab İlham Əliyevin xarici və daxildəki düşmənləri bilməlidir ki, Azərbaycan 90 - cı illərin Azərbaycanı deyil. Xarici casusların köməyi ilə həm daxildən, həm də xaricdən olan qüvvələr vətən torpağın parçalayıb, zəiflətdi, ermənilərlə sədərək görüşündə Ulu öndər Heydər Əliyevin Robert Köçəryana "Biz gələcəyik" sözünü layiqli davamçısı İlham Əliyev yerinə yetirdi.
    Bu tarixi zəfərin, tarixi seçkinin bir qalib namizədi var. İtirilmiş Vətən torpaqlarının bizə qaytaran Ali Baş Komandan, əyilməz sərkərdə, yenilməz diplomat İlham Əliyev cənablarıdır. Guya Amerika və ABŞ- ın bizə canı yanır, onlar xüsusən Makron Azərbaycanın firəvan yaşayışından ötürü dəridən, qabıqdan çıxlrlar. Onları biz yox, Ermənilərin məğlubiyyəti narahat edir. Çalışırlar yenə bizi parçalayıb, ermənilərin qələbəsini təmin etsinlər. Azərbaycana çatanda gözləri kor, qulaqları kar olur.
    Azərbaycanın bir prezidenti var, o da bizi məğlubiyyətdən Zəfərə, töhmətdən Zəfərə, sürünməkdən Zəfər paradına gətirən İlham Əliyevdir.

    Sabir Qasımov,
    Xocalı rayon Meşəli kənd tam orta məktəbin tarix müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib80 dəfə
    Tarixi seçkinin bir qalib namizədi var

    Maraqlı gələ bilər
    31
    34
    130
    0