0
Azərbaycan xalqı uzun illər doğma Şuşanın həsrəti ilə yaşadı. Şuşanın adı çəkiləndə hər birimizin gözləri önündə onun gözəl təbiəti, tarixi abidələri, musiqisi və mədəniyyəti canlanırdı. İşğal illərində bu qədim şəhərin azad olunacağına inamımız heç vaxt azalmadı.
2020-ci il noyabrın 8-də həmin inam gerçəyə çevrildi. Azərbaycan Ordusunun qəhrəmanlığı və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Şuşa yenidən öz azadlığına qovuşdu. Bu xəbər bütün xalqımız tərəfindən böyük sevinc və göz yaşları ilə qarşılandı.
Bu gün Şuşada aparılan geniş quruculuq işlərini görmək insana ayrıca qürur verir. Şəhərdə yeni yollar çəkilir, yaşayış binaları tikilir, tarixi abidələr bərpa olunur. Ən əsası isə insanlar illərlə həsrətində olduqları doğma yurdlarına qayıdırlar.
Şuşaya qayıdan hər bir ailənin sevinci bütün Azərbaycan xalqının sevincidir. Çünki bu torpaqlar bizim keçmişimiz, tariximiz və gələcəyimizdir. İnanırıq ki, Şuşa bundan sonra da inkişaf edəcək, əvvəlki şöhrətini qoruyaraq daha gözəl şəhərə çevriləcək.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 6 gün öncə |
| İzlənib | 22 dəfə |