Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

0

  • 31 Mart Azərbaycan xalqının qan yaddaşıdır. Bu gün təkcə tariximizin faciəli səhifəsi deyil, həm də milli birliyimizin və həqiqətlərin dünyaya çatdırılması istiqamətində apardığımız mübarizənin bir simvoludur. 1918-ci ilin mart ayında baş verən hadisələr xalqımıza qarşı həyata keçirilmiş ən qəddar soyqırımlardan biridir. Azərbaycanlılar yalnız etnik və dini mənsubiyyətlərinə görə kütləvi şəkildə qətlə yetirilmiş, evləri, məscidləri, tarixi abidələri və mədəni irsləri məhv edilmişdir.
    Erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq xülyası minlərlə günahsız insanın həyatına son qoydu. Bakıdan Şamaxıya, Qubadan Lənkərana qədər azərbaycanlılar amansızlıqla öldürüldü, yaşayış yerləri yandırıldı, insanlara işgəncələr verildi. Xüsusilə Şamaxı və Quba hadisələri bu qırğınların miqyasını və erməni vəhşiliyinin dəhşətini göz önünə sərir. Məsələn, Şamaxıda minlərlə insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi haqqında məlumatlar illər sonra üzə çıxmışdır. Qubada tapılan kütləvi məzarlıq isə soyqırımının yeni faktlarını təsdiqləyən əsas dəlillərdən biridir.
    Bütün bunların nəticəsində on minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin düşdü. Ermənilərin törətdiyi bu qırğınlar təkcə bizim xalqımıza deyil, eyni zamanda digər xalqlara - ləzgilərə, yəhudilərə, talışlara və başqa millətlərə də böyük faciələr yaşatdı. Bu hadisələr yalnız vəhşilik nümunəsi deyil, həm də insanlıq əleyhinə cinayət idi.
    Təəssüf ki, uzun illər boyu bu soyqırımı hadisələri gizlədildi, danıldı, həqiqətlər dünya ictimaiyyətindən uzaq saxlanıldı. Lakin Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman bu tarixi faciənin rəsmi şəkildə tanınmasının əsasını qoydu. Həmin Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi və hər il bu tarixdə qurbanların xatirəsi yad edilir.
    Bu gün Azərbaycan dövləti bu qanlı hadisələrin tanıdılması üçün bütün mümkün vasitələrdən istifadə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb, tariximizin bu acı səhifəsi dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılır. Həmçinin, 1918-ci il soyqırımının 100 illiyi münasibətilə verilmiş Sərəncam bu məsələnin daha dərindən araşdırılmasına və yeni faktların üzə çıxmasına təkan verdi.
    Azərbaycan xalqı 31 mart hadisələrini heç vaxt unutmayacaq. Bu faciə bizə yalnız keçmişi xatırlatmaq üçün deyil, həm də gələcək nəsillərə həqiqəti çatdırmaq və belə bir faciənin bir daha təkrarlanmaması üçün dərs olmalıdır. Biz tariximizi bilməli, onu dünyaya çatdırmalı və haqqın, ədalətin yanında olmalıyıq. Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək bizim milli və mənəvi borcumuzdur.
    Xocalı rayon ziyalısı Sevda Bəylərzadə
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib33 dəfə
    31 Mart Azərbaycanlıların Soyqırımı Günü

    Maraqlı gələ bilər
    80
    75