Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kədərin, göz yaşlarının ağır yükü altında bir-birimizə göz aydınlığı da verdik

0

  • 1992-ci ilin qanlı fevralında ermənilər tərəfindən soyqırıma məruz qalan Xocalı sakinlərinin 32 ildən sonra kütləvi məzarlıqlarda cəsədləri tapıldı.
    32 il gözü yolda qalan, doğmasının, ciyərparəsinin “öldü”sündən - “qaldı”sından bixəbər xocalılar qəfil gələn xəbərdən sarsıntı keçirdi. Bəlkə də bir çoxunun ümidi vardı ki, şikəst də qalsa, xəstə də düşsə doğması sağ-salamat evinə dönəcək. Amma o qəfil xəbər biz – yol gözləyənlərin son ümidini də tar-mar etdi. Buna baxmayaraq, sarsınıtının, kədərin, göz yaşlarının ağır yükü altında bir-birimizə göz aydınlığı da verdik. Ən azından bildik ki, itkinlərimizi yad etmək üçün artıq bir qəbir olacaq, sarılıb ağlamağa bir məzar daşı tapılacaq. Gözlərimiz yollardan yığılacaq. Xəyallarımız daha Xocalıdan Qaraqayaya, oradan da Ağdama qədər uzanan yolları, dərələri, təpələri gəzməyəcək. Şükür, gözlərimiz yığıldı yollardan.
    Nəhayət, insanlığa sığmayan vəziyyətdə, hörmətsizcə quyulara doldurularaq üzərləri torpaqlarla, daşla, dəmirlə örtülmüş toplu məzarlardan sümükləri tapılan əzizlərimizin 31 martda dəfn mərasimi oldu.
    32 il BMT, ATƏT və sair qüdrətli beynəlxalq təşkilatlardan, dünyanın düzənini dəyişmək gücündə olan hegemon dövlətlərdən ədalət gözləyən Azərbaycan özü ədaləti ləyaqətlə bərpa etdi. Azərbaycan əzəli və əbədi ərazisi olan Qarabağını separatçılığın və terrorçuluğun daşıyıcısı olan işğalçı Ermənistan ordusundan təmizlədi. Biz də tərəqqipərvər və haqqı dəstəkləyən bir çox ölkələr də 44 günlük müharibəni ilahi ədalət təzahürü və Azərbaycan xalqının birliyi kimi dəyərləndirdi. Torpaqlarımız, doğma Qarabağımız işğaldan azad oldu. Amma demək olar ki, erməni terrorçuları tərəfindən viran edilmiş, yerlə-yeksan olmuş o azad torpaqlarımızda toplu məzarlar tapılmasın!Elə gün olmaz ki, dinc insanları məsləyi, məqsədi vəhşilik törətmək, qan axıtmaq olan separatçıların Qarabağın hər qarışına basdırdığı minalar can almasın!

    Erməni faşistləri tərəfindən Xocalıda törədilmiş dağıntıların bərpası zamanı aşkarlanan 73 sakininin qalıqları aşkarlandı. Onlardan 10 nəfərinin DNSK-sı təsdiqini tapdı, 8-i dəfn olundu. Təəssüf ki, belə bir faktı heç bir xarici KİV nə duydu, nə gördü. Daha doğrusu görməzdən gəldi. Eynən Xocalı soyqırımını görməzdən gəldiyi kimi! Ona da təəssüf edirəm ki, 32 il Azərbaycanın haqq işinə ədalət çağırışına susan Qərb dövlətləri dinc əhalinin toplu məzarlardan çıxarılan cəsəd qalıqlarının dəfnində iştirak etmədi.
    Dünyaya “ədalət”dən dərs keçən, lakin özü verdiyi dərsə əməl etməkdən çəkinən qərb dövlətlərinin də, onların ölkəmizdəki nümayəndələrinin, səfirlərinin də gözünü türkfobiya, islamofobiya elə bağlayıb ki, vəhşicəsinə qətlə yetirilən insanların doğmalarının 32 ildən sonra hansı hissləri yaşadığını da görməyi özlərinə rəva görmədilər.
    Biz tolerant, humanist, sizdən fərqli olaraq sözündə və əməlində ƏDALƏTLİ xalqıq! 44 günlük müharibə dövründə erməni separatçıları, işğalçı Ermənistan ordusu Azərbaycanın şəhərlərini, dinc insanları raket atəşinə tutdu, kütləvi insan qətlini həyata keçirdi. Amma Azərbaycan dövləti heç bir erməni sivilinin ölümünə bais olmadı, dinc insanlar yaşayan ərazilərə bir güllə belə atmadı. 1992-ci ildə ermənilərin Xocalı sakinlərinə tutduğu divanın birini Azərbaycan heç bir erməniyə qarşı etmədi. Bizim erməni ilə fərqimiz bu idi və yenə də çox təəssüf ki, siz bunu görmədiniz, görməzlikdən gəldiniz və heç vaxt ermənilərin əməllərini pisləmədiniz!
    Mənim nəslimdən şəhid və itkin olan 50-dən çox insanın qanı ermənilərlə bərabər onları müdafiə edən, onları yenidən müharibəyə hazırlayanların əllərinə bulaşıb. Əgər doğrudanda qəlbinizdə Allah eşqi, mərhəmət hissi, din xofu varsa, gec deyil, hər kəsi öz adı ilə çağırmağa çalışın! bizim 32 ildir yolunu gözlədiyimiz doğmalarımızın məzarının başında Qatilin, işğalçının, terrorçunun adını ucadan deyin!
    Azərbaycann lideri, Ordusu, Xalqı bacardı! Bütün maneələri dəf etməyi bacardı! Bu da qərbin xoşuna gəlmədi. Cənubi Qafqazda öz haqqını öz qanı ilə bərpa edən azərbaycanlılara türkofobiya, islamofobiya, irqçi baxışlarla baxan səlibçi düşüncəli qərb dünyası, sİz də heç olmasa bir dəfə ayrıseçkilik etmədən HAQQın, ƏDALƏTin yanında olmağa çalışın!
    Ceyran Əzizova,
    "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib204 dəfə
    kədərin göz yaşlarının ağır yükü altında bir birimizə göz aydınlığı da verdik

    Maraqlı gələ bilər
    38
    61
    35
    35