Bu il sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlara yeni məhdudiyyətlər tətbiq olunacaq.
xocalininsesi.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Yeni qaydalara əsasən, patentlə çalışan miqrantlar artıq topdan və pərakəndə ticarət, eləcə də nəqliyyat vasitələri və motosikletlərin təmiri sahəsində işləyə bilməyəcəklər.
Bununla belə, onlara tikinti sektorunda işləməyə icazə veriləcək.
Mənbə: https://news.milli.az/russia/1290377.html