Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 Mart Soyqırımı və Onun Dərsləri

0


  • 1918-ci ilin mart ayında erməni millətçiləri və bolşevik qüvvələri Azərbaycanın müxtəlif bölgələrində misli görünməmiş vəhşiliklər törətdilər. Bu qanlı hadisələr nəticəsində minlərlə dinc sakin qətlə yetirildi, şəhər və kəndlər viran qoyuldu. Lakin bu faciənin ən ağır tərəfi onun uzun illər tarixdən silinməyə çalışılması idi.
    Uzun müddət bu hadisələr haqqında danışmağa, həqiqətləri üzə çıxarmağa imkan verilmirdi. Yalnız müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti bu tarixi hadisələrə siyasi-hüquqi qiymət verə bildi. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olundu və bu hadisələrin xalqımıza qarşı törədilmiş soyqırımı olduğu dünya ictimaiyyətinə çatdırılmağa başlandı.
    Bu soyqırımı yalnız bir xalqın deyil, bütün insanlığın faciəsidir. Quba, Şamaxı, Bakı, Zəngəzur, İrəvan və digər bölgələrdə törədilən qırğınlar sübut edir ki, məqsəd azərbaycanlıları doğma torpaqlarından silmək olmuşdur. Bu faciələrin tədqiqi və dünyaya çatdırılması hər birimizin vətəndaşlıq borcudur.
    Unutmayaq ki, tarixini bilməyən, keçmişindən dərs çıxarmayan xalq gələcəyini təhlükəyə atmış olur. Bu gün 31 Mart hadisələrini xatırlamaq, qurbanların xatirəsini anmaq təkcə keçmişi yad etmək deyil, həm də gələcək nəsillər üçün tarixi ədalətin bərpasına xidmət etmək deməkdir.
    Xocalı rayon ziyalısı Fəxrəddin Əliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib35 dəfə
    31 Mart Soyqırımı Onun Dərsləri

    Maraqlı gələ bilər
    66
    4
    81