Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Aprel döyüşləri şəhidimiz Sarvan Mehralıyevin məzarı ziyarət edilib

0

  • Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Mehralıyev Sarvan Natiq oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 8 il keçir.

    Aprel döyüşlərin şəhidi Sarvan Mehralıyevin məzarı şəhidimizin atası Natiq Mehralıyev, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

    Qeyd edək ki, əslən Xocalı rayonundan olan Sarvan Mehralıyev 1997-ci ilin 8 iyul günündə Ağdam rayonunun Ballar kəndində anadan olub. Sarvan Mehralıyev 2014-cü ildə Pirallahı rayonunda yerləşən 186 saylı tam orta məktəbi bitirib.

    Əsgər Sarvan Mehralıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

    Aprelin 3-ü isə Sarvan Mehralıyev Ağdam rayonunun Üçoğlan kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mehralıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

    Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

    Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib234 dəfə
    aprel döyüşləri şəhidimiz sarvan mehralıyevin məzarı ziyarət edilib

    Maraqlı gələ bilər
    151
    47
    206
    26
    21
    28