Bakıda tramvay nəqliyyatının tətbiq ediləcəyi tarix məlum olub.
xocalininsesi.az xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Planda "Sea Breeze" daxilində nəqliyyat həllərinin planlaşdırılması və "Sea Breeze" − Pirşağı tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.
Tramvayların tətbiq edilməsi 2027-2029-cu illəri əhatə edir. Proses üzrə icraçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təyin edilib.
Mənbə: https://news.milli.az/country/1260707.html