0
8 Noyabr Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın uzun illər həsrətində olduğu arzularını gerçəkləşdirdi. İşğal altında qalan torpaqlarımızın azad olunması hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratdı.
Bu Qələbə asanlıqla əldə edilmədi. Qəhrəman əsgər və zabitlərimiz Vətən uğrunda canlarından keçərək, çətin döyüşlərdə böyük şücaət göstərdilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmən üzərində tarixi Zəfər qazandı.
Müharibə günlərində bütün xalqımız bir yumruq kimi birləşmişdi. Hər kəsin ürəyində bir arzu var idi: torpaqlarımız azad edilsin, üçrəngli bayrağımız doğma yurdlarımızda dalğalansın. Nəhayət, bu arzu gerçəkləşdi.
Bu gün biz Zəfər Gününü böyük fəxarət hissi ilə qeyd edirik. Bu qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. 8 Noyabr xalqımızın yaddaşında əbədi yaşayacaq.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 6 saat öncə |
| İzlənib | 3 dəfə |